Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri  hazırlandı
14 oktyabr 2026 21:23 (UTC +04:00)

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

0

İrlandiyanın Maynoos Universitetinin alimləri elektrik enerjisinə ehtiyac duymadan riyazi hesablamalar apara bilən DNT kompüteri hazırlayıblar.

Lent.az xəbər verir ki, sistem ənənəvi silikon çiplər əvəzinə DNT zəncirlərindən istifadə edir.

Kompüter su, duz və xüsusi DNT fraqmentlərindən ibarət maye mühitdə işləyir. Qarışığın qızdırılıb soyudulmasından sonra DNT zəncirlərinin qarşılıqlı təsiri hesablamaların aparılmasını təmin edir.

Sınaqlar zamanı sistem 25 müxtəlif hesablamanı uğurla yerinə yetirib. Texnologiyanın gələcəkdə məlumatların saxlanması, tibb və canlı hüceyrələrdə xəstəliklərin aşkarlanması sahələrində istifadə oluna biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar