Elektikli avtomobil istifadəçiləri  benzinlə işləyən maşınlara geri qayıtmaq istəyir
12 iyul 2024 10:11 (UTC +04:00)

Elektikli avtomobil istifadəçiləri benzinlə işləyən maşınlara geri qayıtmaq istəyir

Elektrikli avtomobil istifadəçiləri arasında sorğu keçirilib. 

Lent.az xəbər verir ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.

Amerikanın beynəlxalq idarəetmə konsaltinq firması “McKinsey & Company” tərəfindən aparılan yeni araşdırma, elektrikli avtomobillərə qarşı sərt mövqe nümayiş etdirib. Araşdırmalara görə, elektrik avtomobil sahiblərinin demək olar ki, yarısı nəqliyyat vasitələrini satıb, yenidən benzinlə işləyən avtomobillərə qayıdırlar. Sorğunun nəticələri olduqca təəccüblüdür.

Bildirilib ki, sorğuda iştirak edən elektromobil sahiblərinin 46%-i nəqliyyat vasitələrini satıb, benzinlə işləyən avtomobil almağı düşünür. Bundan əlavə, sorğuda iştirak edən istifadəçilərin 29%-i sahib olduqları ilk və sonuncu elektromobildən istifadə etdiklərini və gələcəkdə elektrikli avtomobil almağı planlaşdırmadıqlarını bildiriblər. Sorğuda iştirak edən istifadəçilərdən elektrikli avtomobil təcrübələrinə mənfi təsir göstərən məqamları sadalamaq istənilib. İştirakçılar, məsafə narahatlığı, avtomobili evdə doldura bilməmək və ümumi şarj cihazların tapılmaması kimi problemləri sıralayıblar. Bir sözlə desək, ümumi problem batareyanın doldurulması və istifadəsi ilə bağlı olub. Çünki bir çox istifadəçilər, altındakı avtomobillərin real gücündən istifadə edə bilmədiklərindən şikayətlənirlər. Bir sorğu iştirakçısı bildirib ki, onun avtomobili 450 at gücünə malikdir, lakin o, yolda enerji doldurma məntəqələrində vaxt itirməmək və məsafəni tənzimləmək üçün avtomobilindən 100 at gücündə istifadə edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28044
avatar

Oxşar yazılar