Dünyanın ilk "emosional" robotu - Görün nələr bacarır
11 iyul 2024 00:58 (UTC +04:00)

Dünyanın ilk "emosional" robotu - Görün nələr bacarır

Çin dünyanın ilk "emosional" robotunu təqdim edib.

Lent.az xəbər verir ki, insan kimi emosiyaları ifadə edə və özünü xoşbəxt, kədərli, qəzəbli hiss edə bilən “Guanghua No 1” robotunu təqdim edib.

Fudan Universiteti tərəfindən hazırlanan bu robot qocalmış əhalinin qayğı tələblərini qarşılamaq üçün istehsal edilib.

2024-cü il Dünya Süni İntellekt Konfransında təqdim edilən robot insana bənzər qavrayış və davranışlar nümayiş etdirə bilir.

Şanxaydakı Fudan Universiteti tərəfindən hazırlanmış robotun boyu təxminən 165 sm, çəkisi isə 62 kq-dır. Bu insanabənzər robot 45 ağıllı birləşməyə malikdir və "ierarxik generativ təcəssüm olunmuş beyin modeli" ilə təchiz olunub. Bu yolla robot əllərini rahat hərəkət etdirə və dik duruşla yeriyə bilir. Üz ekranında xoşbəxtlik, qəzəb, kədər və sevinc kimi dörd duyğu ifadə edə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Oxşar yazılar