Dünyanın  ən kiçik 5G smartfonu   – Xüsusiyyətləri
09 iyul 2024 16:57 (UTC +04:00)

Dünyanın ən kiçik 5G smartfonu – Xüsusiyyətləri

Balaca və çox yığcam smartfonları ilə tanınan “Unihertz” yeni “Jelly Max” modelinin detallarını açıqlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istehsalçı bu cihazın bazarda ən kiçik 5G smartfonu olacağını iddia edir. 

Dəqiq ölçülər hələ məlum deyil, lakin Dimensity 7300 çipset sayəsində yüksək performans vəd edir. Jelly Max da 12 GB RAM və 256 GB daxili yaddaşa sahib olacaq.

Şirkət yeni məhsulu ölçüdə oxşarlığı nəzərdə tutan “Jelly Star” modeli ilə müqayisə edir. “Jelly Star” yalnız 3 düymlük ekran diaqonalı ilə təchiz olunub, lakin mövcud fotoşəkildən yeni məhsul nəzərəçarpacaq dərəcədə böyük görünür.

Jelly Max 4000 mAh batareyaya sahib olacaq və 66 Vt doldurmanı dəstəkləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Sevinc Fərid

Oxşar yazılar