İsveçrədəki bir tədqiqat qrupu laboratoriyada bioaktiv sümük toxuması yetişdirib və onu real xəstəyə uğurla implantasiya edib.
Lent.az xəbər verir ki, yeni material orqanizmdə 4–6 ay ərzində tam formada real sümüyə çevrilir.
Ənənəvi metal implantlardan fərqli olaraq, bu texnologiya orqanizm tərəfindən rədd olunmur.
Həkimlər deyirlər ki, bu, idman zədələri və xərçəngdə sümük itkisi yaşayanlar üçün inqilabi olacaq.
Klinik mərhələyə 2026-cı ildən başlanacağı gözlənilir.