Çoxdan gözlənilən "Google Pixel Watch 3"  şəkilləri təqdim edildi
12 avqust 2024 15:58 (UTC +04:00)

Çoxdan gözlənilən "Google Pixel Watch 3" şəkilləri təqdim edildi

Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfonları ilə yanaşı həmçinin Pixel Watch 3 smart saatını da təqdim edəcək.

Lent.az xəbər verir ki, təqdimata sayılı günlər qalmış insayderlər bu yeni smart saatın yeni render fotolarını təqdim ediblər.

Beləliklə təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Google şirkətinin yeni smart saatı xarici görünüşcə keçən ilki Pixel Watch 2-yə bənzəyəcək. Qeyd etmək lazımdır ki, Google Pixel Watch 3 smart saatı bazarda iki gövdə ölçüsü versiyasında satışa çıxacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Hər iki versiya OLED ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar