Çindən “Starlink”ə rəqib - İlk peyklər orbitə göndərildi
09 avqust 2024 00:43 (UTC +04:00)

Çindən “Starlink”ə rəqib - İlk peyklər orbitə göndərildi

Çin, peyk vasitəsilə internet təmin etməyi vəd edən yeni layihəsini rəsmi olaraq işə salıb və bu çərçivədə istifadə ediləcək ilk 18 peyk kosmosa buraxılıb.

Lent.az xəbər verir ki, Çinin peyk əsaslı yüksəksürətli internet layihəsi qlobal rabitə bazarında yeni era başlaya bilər.

Ölkə orbitə çıxardığı 18 peyklə “Starlink” kimi böyük oyunçularla rəqabət aparmağı hədəfləyir.

“Shanghai Spacecom Satellite Technology” şirkəti tərəfindən hazırlanan layihə çərçivəsində hərtərəfli internetə çıxış təmin ediləcək və birbaşa “Starlink” ilə rəqabət aparacaq bir peyk şəbəkəsi qurulacaq.

Gələcəkdə aşağı orbitdə yerləşəcək güclü peyk şəbəkəsi yaratmaq istəyən şirkət 2027-ci ilə qədər qlobal şəbəkəyə çıxışı təmin etmək və bütün peykləri 2030-cu ildə orbitə çıxararaq layihəni tamamlamaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar