Çin cihazlarının 5G şəbəkəsində istifadəsi  qadağan edildi
11 iyul 2024 23:11 (UTC +04:00)

Çin cihazlarının 5G şəbəkəsində istifadəsi qadağan edildi

Almaniya təhlükəsizlik baxımından Çinin Huawei və ZTE şirkətlərinin istehsal etdiyi cihazların və texnologiyaların 5G şəbəkələrində istifadəsinə qadağa qoyub.

Lent.az xəbər verir ki, bu barədə iyulun 11-də “New York Times” qəzeti məlumat yayıb.

Almaniyanın daxili işlər naziri Nensi Fezer Berlində keçirdiyi mətbuat konfransında “Biz təhlükəsizlik risklərimizi azaltmalı və Çin məhsullarından asılılıqdan qaçmalıyıq”, - deyə bildirib.

Məlumatda qeyd olunur ki, “Deutsche Telekom”, “Vodafone” və “Telefonica” telekommunikasiya şirkətləri ilə Çin  cihazlarının 5G şəbəkəsindən çıxarılmasına dair razılaşma iki mərhələdə həyata keçiriləcək. Birincisi, şəbəkələrin əsas hissələrində onların istifadəsinin 2026-cı ilin sonunadək başa çatdırılmasını nəzərdə tutulur. 2029-cu ilin sonuna kimi ikinci mərhələdə Çin istehsalçılarının cihazları antenalardan, elektrik xətlərindən və qüllələrdən yığışdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Oxşar yazılar