“OpenAI” şirkətinin CEO-su Sem Eltman ChatGPT-də hazırda reklam təqdim etmək planları olmadığını bildirib.
Lent.az xəbər verir ki, dünyanın ən məşhur süni intellekt proqramı olan ChatGPT-nin gələcəkdə reklam göstərib-göstərməyəcəyi maraq mövzusu olub.
Şirkətin baş direktoru Eltman, hələlik belə bir planları olmadığını deyərək reklam məsələlərinə aydınlıq gətirib.
CEO-nin açıqlaması gələcəkdə ChatGPT üçün reklamların tamamilə olmayacağı demək deyil.