Canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlanır -VİDEO
05 avqust 2024 19:39 (UTC +04:00)

Canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlanır -VİDEO

Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, regional gərginliyin artması və 3-cü Dünya Müharibəsi danışıqlarının yayılması ilə bir çox ölkə, müdafiə sənayesi sahəsində sərmayə qoyur və layihələr istehsal edir. Bir-biri ilə müqavilə bağlayan ölkələr böyük sürətlə yeni hərbi texnologiyalar tətbiq edirlər.

Yeni müharibə strategiyalarında pilotsuz təyyarələr və pilotsuz uçuş aparatları, çox mühüm rol oynayır. Türkiyə, PUA istehsalında ixracat uğuru ilə diqqət çəkərkən, Çin də qlobal yarışda önə çıxmağa davam edir. Döyüş meydanında aldadıcı xüsusiyyəti ilə diqqət çəkən Çinin quş şəkilli dron dizaynı sosial mediada böyük marağa səbəb olub. Çin Mərkəzi Televiziyası (CCTV), dünyanın ən real quşa bənzər kəşfiyyat PUA-nın görüntülərini yayımlayıb. Mütəxəssislər, quş kimi qanadlarını çırpmaq üçün hazırlanmış yeni pilotsuz uçuş aparatının hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.

Çin dəniz piyadalarının istifadə etdiyi quş formalı pilotsuz təyyarə, yenidən gündəmə gəlib. Dəniz piyadalarının bundan istifadə etdiyi anlar kameralara düşüb. CCTV-nin məlumatına görə, Kiçik Şahin adlı pilotsuz təyyarə, hərbi kəşfiyyat, ekoloji monitorinq və ətraf mühitin mühafizəsində potensial tətbiqlərə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

Oxşar yazılar