Bu “iPhone” modelləri süni intellekti dəstəkləyəcək
12 sentyabr 2024 07:59 (UTC +04:00)

Bu “iPhone” modelləri süni intellekti dəstəkləyəcək

“Apple” şirkətinin bir müddət əvvəl elan etdiyi süni intellekt xüsusiyyətlərini alacaq iPhone modelləri açıqlandı.

Lent.az xəbər verir ki, proqram təminatında olacaq yeniləmə bu ilin oktyabr ayında telefonlara çatacaq.

Qeyd edək ki, “Apple” iyun ayında əməliyyat sistemlərinin yeni versiyası ilə telefonlara "Apple Intelligence" adlı süni intellekt xüsusiyyətlərini gətirəcəyini açıqlamışdı.

Amma bu xüsusiyyət ancaq bəzi modellər üçün keçərli olacaq. iOS 18.1 yeniləməsi ilə yalnız aşağıdakı modellər süni intellekt dəstəyi qazanacaq:

iPhone 15 Pro

iPhone 15 Pro Max

iPhone 16

iPhone 16 Plus

iPhone 16 Pro

iPhone 16 Pro Max

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar