Audi Çin üçün eksklüziv olan “E5 Sportback” modelini təqdim edib.
Lent.az xəbər verir ki, “E5 Sportback”in Uzunluğu 4,88 metr, eni 1,96 metr və hündürlüyü 1,48 metrdir.
Bu isə onu “A5 Sportback”dən bir qədər də böyük edir.
Tam elektriklə işləyən modelin akkumulyator detalları hələ açıqlanmasa da, onun güc səviyyələri açıqlanıb.
Belə ki, “E5 Sportback”in mühərrikləri 295 at gücü hasil edə biləcək. Model 402 və ya 570 at gücündə olacaq.
Ailənin ən güclüsü isə 780 at gücünə sahib olacaq. Bu modelin 0-dan 100 km/saat sürətə 3,6 saniyəyə çatacağı bildirilir.
Akkumulyatorlar haqqında ətraflı məlumat verilməsə də press-relizdə deyilir ki, ən yüksək batareya paketi 770 km məsafəni təmin edə biləcək.