Uzun müddət sonra Audi TT-nin geri dönüşü öz təsdiqini tapır.
Lent.az xəbər verir ki, avtomobilin 2027-ci ildə satışa çıxarılması planlaşdırılır və konseptin artıq yollarda görünməsi həm dizaynın, həm də texniki arxitekturanın qismən tamamlandığı deməkdir.
Bəzi detallar yenidən nəzərdən keçirilə bilər, lakin ümumi düzülüş artıq son modelə yaxın görünür.
Məlumata görə növbəti nəsil TT tamamilə elektrikli güc aqreqatına malik olacaq və həm daha səmərəli, həm də daha sürətli doldurma rejimlərini dəstəkləyən inkişaf etmiş 800 voltluq arxitektura üzərində qurulacaq.
Avtomobil haqda tam məlumat hələ ki, gizli saxlanılır.