“Apple” şirkəti yeni “Apple Watch”u təqdim etdi - Yeni xüsusiyyətlər
09 sentyabr 2024 22:15 (UTC +04:00)

“Apple” şirkəti yeni “Apple Watch”u təqdim etdi - Yeni xüsusiyyətlər

ABŞ-ın “Apple” korporasiyası əvvəlki modellərlə müqayisədə ən incə korpusa malik yeni “Apple Watch Series 10” smart saatını təqdim edib

Lent.az xəbər verir ki, 9,7 mm qalınlığa malik yeni məhsul “Apple”ın illik təqdimatında nümayiş etdirilib.

Bu model həm də ən böyük ekranla təchiz olunub. Üstəlik, ekrana bucaq altında baxanda 40% daha parlaq olur.

Saatın 80%-ə qədər doldurulması təxminən 30 dəqiqə çəkir ki, bu da bütün əvvəlki versiyalardan daha sürətlidir. Batareya saatın 18 saat işləməsini təmin edir.

Saat 50 m dərinliyə qədər suya davamlıdır və müxtəlif ölçülər və detektorlarla, o cümlədən sualtı istifadə üçün, məsələn, dərinlik ölçən cihazla təchiz edilmişdir.

Bundan əlavə, yeni versiyada yuxu zamanı tənəffüs sisteminin pozulmasını aşkar etmək funksiyası var.

ABŞ-da yeni ağıllı saatın qiyməti 399 dollardan başlayır. İlkin sifarişlər sentyabrın 9-dan başlayacaq. “Apple Watch Series 10” sentyabrın 20-də satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar