“Apple” “iPhone 16”nı təqdim etdi - Xüsusiyyətlər
09 sentyabr 2024 23:52 (UTC +04:00)

“Apple” “iPhone 16”nı təqdim etdi - Xüsusiyyətlər

“Apple” şirkəti öz smartfonlarının yeni nəslini - ənənəvi olaraq dörd modeldən ibarət olan “iPhone 16”nı təqdim edib.

Lent.az xəbər verir ki, “iPhone 16” smartfonları modeldən asılı olaraq alüminium və titandan hazırlanır.

“iPhone 16”nın diaqonalı 6,1 düym, “iPhone 16 Plus” 6,7 düym, “iPhone 16 Pro” 6,3 düym, “iPhone 16 Pro Max” isə 6,9 düymdür. İlk iki modelin çipi A18-dir, Pro A18 Pro çipi ilə təchiz olunub.

“iPhone 16”nın kamerası - 48 MP-dir.

“iPhone 16” və “Plus” modelləri beş rəngdə satışa çıxarılacaq - çəhrayı, qara, ağ, yasəmən və nanə rəngləri.

Korpusun yan tərəflərində düymələr var – “Action Button” (bu, iPhone 15 Pro-da belə idi) və çəkilişə sürətli çıxış imkanı verən toxunuşa həssas kamera idarəetmə düyməsi.

“iPhone” indi həm də yerlərin sadəcə fotoşəkillərini çəkməklə onlar haqqında məlumat axtara və ya avtomatik olaraq hadisələrin cədvəlini təqvimə əlavə edə bilir.

“Apple Intelligence” – “Apple”dan inteqrasiya edilmiş süni intellekt “iPhone”u daha rahat idarə etməyə kömək edəcək. Süni intellekt oktyabrda – “iOS 18.1” ilə birlikdə buraxılacaq.

ABŞ-da “iPhone 16”nın qiymətləri 799 dollardan, “iPhone 16 Plus” üçün isə 899 dollardan başlayır. “iPhone 16 Pro” 999 dollardan, “Pro Max” isə 1199 dollardan başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar