ABŞ-ın Virciniya ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi Leoni Brinkema, “Google”un məsuliyyət daşıdığı ilə bağlı qərar qəbul edib.
APA xarici mətbuata istinadən xəbər verir ki, şirkət onlayn reklam serveri bazarında qəsdən inhisar gücü əldə etmək və saxlamaqda ittiham olunur.
Hakim Brinkema 115 səhifəlik qərarında yazıb ki, “Google” öz müştərilərinə rəqabət əleyhinə üsullar tətbiq etməklə və arzu olunan məhsul xüsusiyyətlərini aradan qaldırmaqla inhisar gücünü daha da möhkəmləndirib.
“Google” rəsmiləri məhkəmənin digər qərarlarından da apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Qeyd edək ki, “Google”un hüquqi problemləri bununla məhdudlaşmır. Gələn həftə Vaşinqtonda məhkəmə “Google”u “Chrome” brauzerini satmağa və axtarış sistemləri bazarında üstünlüyünü azaltmaq üçün başqa addımlar atmağa məcbur etmək məqsədilə Ədliyyə Nazirliyi qarşısında yeni iddia qaldıracaq.