9 Avropa ölkəsi "X"dən şikayət etdi - İcazəsiz məlumat toplayıb
13 avqust 2024 03:03 (UTC +04:00)

9 Avropa ölkəsi "X"dən şikayət etdi - İcazəsiz məlumat toplayıb

Sosial media platforması “X”-in süni intellekt şirkəti olan “xAI”, istifadəçilərin razılığı olmadan şəxsi məlumatları topladığı səbəbilə Avropa İttifaqının (Aİ) 9 ölkəsin tərəfindən şikayət olunub.

Lent.az xəbər verir ki, məlumatların təhlükəsizliyi sahəsində fəaliyyət göstərən və Vyanada yerləşən “Noyb” qeyri-hökumət təşkilatı “X” sosial media platformasından şikayət edib.

Şikayətin səbəbi şirkətin Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR) əməl etməməsi ilə izah edilib.

“Noyb” Avstriya, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya, İspaniya və Polşada “X” sosial media platformasına qarşı şikayət qaldırıb.

Açıqlamada “X”-in Avropada 60 milyondan çox istifadəçinin şəxsi məlumatlarından qeyri-qanuni olaraq “Qrok” kimi süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün onların razılığı olmadan və əvvəlcədən xəbərdarlıq etmədən istifadə etməyə başladığı bildirilib.

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumatların qeyri-qanuni işlənməsini dayandırmaq üçün keçən həftə “X”-ə qarşı məhkəmədə iddia qaldırıb.

Bundan başqa “Noyb” Avropanın 9 ölkəsində “X”-ə qarşı rəsmi şikayət məktubu ünvanlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327
avatar

Oxşar yazılar