40 illik “İdarəetmə Paneli” “Windows”dan silinir
24 avqust 2024 06:56 (UTC +04:00)

40 illik “İdarəetmə Paneli” “Windows”dan silinir

“Microsoft Windows” gələcək versiyalarından İdarəetmə Panelini siləcək.

Lent.az xəbər verir ki, bu barədə “Neowin” portalı məlumat yayıb.

Bildirilir ki, “İdarəetmə Paneli” 1985-ci ildə, Windows 1.0 buraxılan zaman yaranıb.

Panel sistemi konfiqurasiya etmək, proqramları silmək, həmçinin istifadəçilərin əlavə edilməsi və digər hərəkətlər üçün lazımdır. Panelin silinməsi ilə bağlı şayiələr hələ 2011-ci ildə ortaya çıxmışdı.

“Neowin”ə görə, “Microsoft” 40 illik paneli “Personal kompyuterin ayarları” ilə əvəz etmək niyyətindədir.

Yenilik sayəsində istifadəçilər sistem parametrlərində dəyişiklik edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar