25 dollara  klaviaturalı telefonlar satışa çıxarıldı
13 sentyabr 2024 13:42 (UTC +04:00)

25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı

Yeni ucuz klaviaturalı HMD 105 4G və HMD 110 4G telefonları təqdim olunub. 

Lent.az xəbər verir ki, bu cihazlar “Cloud Phone” proqramı vasitəsilə “YouTube”, “YouTube Music” və “YouTube Shorts”a giriş kimi müasir funksiyaları təmin etmək məqsədi daşıyır. Telefonlar təhlükəsiz UPI əməliyyatları üçün əvvəlcədən quraşdırılmış proqramla gəlir.

Onlar 1450 mAh batareya, MP3 pleyer, simsiz FM radio, 32 GB-a qədər SD kart dəstəyi və “Phone Talker” proqramı ilə təchiz olunub. Cihazlar həmçinin 23 dili dəstəkləyir.

“HMD 105 4G” qara, mavi və çəhrayı rənglərdə 25 dollara, “HMD 110 4G” isə titan və mavi rənglərdə 28 dollara satılır. Hər iki telefon pərakəndə mağazalarda, e-ticarət platformalarında və HMD-nin rəsmi saytında 1 illik zəmanətlə satılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Sevinc Fərid

Oxşar yazılar