2024-cü ilin yayında ən çox satılan 10 telefon
14 sentyabr 2024 19:58 (UTC +04:00)

2024-cü ilin yayında ən çox satılan 10 telefon

“Counterpoint Research” analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.

Lent.az xəbər verir ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür və büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir. 

2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.

Ucuz Android cihazları arasında lider 4,1% bazar payı ilə “Redmi 13C 4G” olub. İkinci yerdə 4% payla “Samsung Galaxy A05”, üçüncü yerdə isə 3,3% ilə “Galaxy A15 4G” qərarlaşıb. Dördüncü yeri 2,4% payla “Redmi 13C-nin 5G” versiyası, beşinci yeri isə eyni göstərici ilə “Redmi A3” tutur.

Siyahıya həmçinin “Samsung Galaxy A05s” (2,3%), “Tecno Spark Go 2024 4G” (1,7%), “Oppo A18” (1,5%), “Oppo A58 4G” (1,4%) və “Oppo A38” (1,4%) daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4683
avatar

Sevinc Fərid

Oxşar yazılar