Zaqatalada  “İnsan Alveri və İşqəncələr”  mövzusunda tədbir keçirilib
25 iyul 2024 10:45 (UTC +04:00)

Zaqatalada  “İnsan Alveri və İşqəncələr” mövzusunda tədbir keçirilib

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Zaqatalada  “İnsan Alveri və İşqəncələr” adlı layihə çərçivısində marifləndirmə tədbiri keçirib.

Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə komitə sədri Tural Hüseynov, təlimçi  Bəxtiyar Həsənov, ekspert Vahab Həbibov və reqional rəhbər Mahir Bağırov iştirak ediblər. 

Rayon icra hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Zaqatala şəhər ictimaiyyəti fəallarının qatıldığı tədbirdə çıxış edən komitə sədri layihənin məqsədi barədə məlumat verib. 

T. Hüseynov bildirib ki, ölkədə “insan alverinə və işgəncənin vş qeyri - insani , ləyaqəti alçaldan, cəzanıb qarşısının alınması üzrə geniş tədbir keçirilmişdir. Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsinə iştirak edir, bu sahədə lazımi işlər görürlər. 
Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə İnsan Alverinə və İşgəncələrə Qarşı Mübarizə ilə bağlı geniş təlim keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Oxşar yazılar