Yuxunu  yaxşılaşdırmağın   SADƏ ÜSULLARI
29 yanvar 2024 17:53 (UTC +04:00)

Yuxunu yaxşılaşdırmağın SADƏ ÜSULLARI

Sağlamlığımız və rifahımız yuxunun keyfiyyətindən asılıdır. Bədənimizin fəaliyyətinin bir çox aspektlərinə təsir edir və beyin sağlamlığı üçün kritik rol oynayır. Yuxu problemləri geniş yayılıb və alimlər yuxunu yaxşılaşdırmağın yollarını sadə yollarını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yatmamışdan əvvəl isti vanna qəbul etmək yuxunu yaxşılaşdırmağa kömək edir. Müntəzəm məşq də yuxunun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. 

Qaçış, velosiped sürmə və ya sürətli gəzinti kimi müntəzəm məşqlərin daha tez və daha keyfiyyətli yuxu təmin etməyə kömək edir. Yataqda sərf olunan və əslində yatmağa sərf olunan vaxtla ölçülən yuxu səmərəliliyi də yaxşılaşır.

Bundan əlavə, fiziki fəaliyyət əhval-ruhiyyə və psixi sağlamlığa faydalı təsir göstərir. Bu da yuxunun keyfiyyətinə təsir göstərə bilər.

Məşq zamanı endorfinlərin sərbəst buraxılması əhvalınızı yaxşılaşdırır və müntəzəm məşq narahatlıq və depressiya əlamətlərini azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5469
avatar

Arzu Qurbanlı

Oxşar yazılar