Bir müddətdir Bakı-Şamaxı yolunda yeni növ radarların quraşdırılması və hətta artıq işə salınması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Maraqlıdır, yeni növ radarlarda hansı dəyişikliklər var? Bu məlumatlar doğrudurmu?
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, onlar radar yox, məlumat lövhələridir:
"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İdarəsi tərəfindən yolda müyyən edilmiş sürət həddinin aşılması ilə müşaiət olunan inzibati xətaların daha çox qeydə alındığı ərazilərdə məlumatlandıran elektron lövhələrin quraşdırılmasına başlanılıb. Elektron lövhədə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişanı əks olunaraq, sürücü tərəfindən görülməsi təmin ediləcək. Elektron tabloların quraşdırılmasında əsas məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olması ilə bağlıdır".