Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
Lent.az xəbər verir ki, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək .
"Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - o deyib.