Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir? - RƏSMİ CAVAB
16 iyun 2021 12:17 (UTC +04:00)

Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bugünki mövzusu yeraltı və yerüstü keçidlərdə maska taxmağın məcburi olub-olmaması ilə bağlıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 26-da verdiyi qərara əsasən, açıq havada maska taxmaq məcburiyyəti aradan qalxdı. Bundan sonra isə yeraltı və yerüstü keçidlərdə maska taxılıb-taxılmaması barədə insanlar arasında çaşqınlıq yaranıb. Əksəriyyət qeyd olunan yerlərdə də maska taxmağın məcburi olmadığını düşünərək ondan istifadə etmirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Lent.az-a bildirib ki, yeraltı və yerüstü piyada keçidləri qapalı məkan hesab olunduğu üçün maska taxmaq məcburidir:

“Qapalı məkanlarda, yeraltı və yerüstü piyada keçidlərində və eləcə də yeraltı piyada keçidlərinin ticarət obyektləri olan hissələrində, ictimai nəqliyyatda polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Açıq havada tibbi maskadan istifadə etmək barədə qadağa götürülsə də, vətəndaşlarımız pandemiya şəraitində bütün qapalı məkanlarda sosial məsafəyə riayət etməli, tibbi maskadan istifadə etməlidirlər. Yeraltı və yerüstü keçidlər də qapalı məkandır və burada tibbi maskadan istifadə edilməlidir. Vətəndaşlar özlərinin və digər şəxslərin sağlamlığına etinasız yanaşmamalıdır”.

# 5364
avatar

Mehman Nəbiyev

Oxşar yazılar