Respublika Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.
Lent.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzman pediatrı Aysel Qədimova deyib.
Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:
“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.
Qeyd edilib ki, körpələrdən 6-sı qız, 9-u oğlandır.
***
12:50
Respublika Perinatal Mərkəzdə yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır.
Lent.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:
“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.