Ziya Bünyadov prospektində təmir davam etdirilir
13 noyabr 2013 10:25 (UTC +04:00)

Ziya Bünyadov prospektində təmir davam etdirilir

Ziya Bünyadov prospektinin yenidən qurulması işləri sürətlə davam etdirilir. nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, prospektin Böyük Şor qovşağı ilə Əliyar Əliyev küçəsi arasındakı hissəsində də əsaslı təmir işlərinə başlanılıb.

 

Hazırda lazım olan ehtiyyat material nəzərdə tutulan anbara daşınaraq  köməkçi yollarda qazıntı və bərkitmə işləri davam etdirilir. Son illər müşahidə olunan səth sularının dayanıqlığını ləğv etmək məqsədilə yağış kanalizasiya xəttinin çəkilməsinə də başlanılıb. Artıq  900 metr məsafədə istinad divarının tikintisi, 2 km məsafədə yağış kanalizasiya xəttinin çəkilişi və kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Paralel olaraq əsas yolda köhnə asfalt-beton örtüyünün  frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri gedir.  Bundan əlavə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan 4 ərazidə yerüstü piyada keçidlərin tikintisi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130
avatar

Oxşar yazılar