Dekabrın 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın Milli Müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, işçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.