Yevlax Şəhər Mərkəzi Xəstəxanası açıldı
10 sentyabr 2013 13:13 (UTC +04:00)

Yevlax Şəhər Mərkəzi Xəstəxanası açıldı

Bu gün Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

 

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub. Tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Bundan əlavə, xəstələr ginekologiya, sterilizasiya, anesteziologiya, reanimasiya, lor, oftalmologiya, daxili xəstəliklər şöbələrinin xidmətlərindən də istifadə edə biləcəklər. Burada müxtəlif cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompüter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstəriləcək.

 

Dövlət başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar