Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq
07 sentyabr 2015 11:31 (UTC +04:00)

Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq

 

Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq. Həmin şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayül sinfi yaradılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmayül sinifləri olan məktəblərin 42-si Bakıda, 4-ü Gəncədə, 5-i Sumqayıtda, 3-ü Mingəçevirdə, 1-i Şirvanda yerləşir. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, təbiət və humanita fənnlər üzrə bölünüb. Ən çox şagird riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdədir. Təbiət təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı isə digərlərindən azdır.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub. Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

Oxşar yazılar