Nazirlik dərsliklərə dair ictimai rəyi öyrənir
08 fevral 2016 12:18 (UTC +04:00)

Nazirlik dərsliklərə dair ictimai rəyi öyrənir

0

 

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq neçə ildir ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklərin məzmununda müəyyən problemlər aşkarlanır.

 

Dərsliklər tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur.

 

Ancaq 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək. Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur.

 

Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar