Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 12-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Şimal küləyi əsəcək. Havanın temperaturun gecə 15-19 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 22-23 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 14-19 dərəcə, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 14-19 dərəcə isti gözlənilir.