APA TV-nin məlumatına görə, yaxın iki gündə noyabrın 11-i və 12-də ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir:
"Bəzi rayonlara əsasəndə dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağma ehtimalı var. Temperatur aran rayonlarında 15 -20 dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək".
Paytaxta və Abşeron yarmadasına gəlincə 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olcağı, arabir tutulub açılacağı gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu gündüz saatlarında 14-18 dərəcə isti təşkil edəcək. Bu cür bu hava şəraiti meteohəssas insanlarda diskonfort hissi yaratmayacaq.