Yarmarkalarda bayramla əlaqədar nəzarət gücləndirildi
28 dekabr 2015 10:42 (UTC +04:00)

Yarmarkalarda bayramla əlaqədar nəzarət gücləndirildi

Bayram günləri ərəfəsində və bayram günlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

DBNX-in mətbuat xidmətindən Lent..az-a verilən məlumata görə, 31dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində  (26-31 dekabr tarixlərində) təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bazarlarda ciddi baytarlıq nəzarətinin aparılmasını nəzərdə tutub.

 

Həmçinin respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq yarmarka və bazarlarda da əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarını almalarını təmin etmək, eyni zamanda heyvanlardan, heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejiminə keçərək reydlər təşkil edəcək.

 

Qeyd edək ki, bayram günləri ərəfəsində, eləcə də bayram günləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.

 

Bu işin yüksək səviyyədə təşkili üçün ayrılmış məntəqədə səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar