Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına xoş xəbər
03 sentyabr 2013 10:25 (UTC +04:00)

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına xoş xəbər

Nazirlər Kabineti 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması ilə bağlıdır.

 

Dəyişikliyə əsasən, mühafizə zabiti, zabit-mütəxəssis və əməliyyat işçisi diplomatik xidmət əməkdaşları statusunda olacaq. Diplomatik korpuslarda xidmət göstərəcək mühafizə zabiti və zabit-mütəxəssis 40 kv.m, əməliyyat işçisi 35 kv.m yaşayış sahəsi ilə təmin olunacaq.

Diplomatik nümayəndəlikdə çalışan diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, diplomatik nümayəndəliyin rəhbəri göstərilən yaşayış sahəsinin yuxarı həddini (adambaşına düşən yaşayış sahəsi 12 kv. metrdən artıq olmamaqla) artıra bilər. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normalardan (diplomatik nümayəndəliyin rəhbəri tərəfindən müvafiq qaydada artırılmış normalar nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı diplomatik xidmət əməkdaşının öz şəxsi vəsaiti hesabına ödənilir. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886
avatar

Oxşar yazılar