Xiyarə söhbəti yalan imiş – RƏSMİ AÇIQLAMA
10 sentyabr 2013 14:31 (UTC +04:00)

Xiyarə söhbəti yalan imiş – RƏSMİ AÇIQLAMA

“Şəhərdə övladlarına Xiyar, Xiyarə, Fındıq və s. kimi adlar qoyulması kimi faktlara rast gəlinməyib”

Bu barədə Lent.az-a Gəncə şəhərinin Kəpəz və Nizami rayon qeydiyyat şöbələrindən məlumat verilib. Kəpəz rayon Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdiri Samirə Kazımovanın bildirdiyinə görə, bu ilin 8 ayı ərzində övladı olanlar əsasən Aylin, Ayla, Fatma, Xədicə, Məhəmməd, Hüseyn kimi adlara üstünlük veriblər.

 “Bəzi saytlarda Gəncədə kiminsə öz uşağına Xiyarə adı qoyması ilə bağlı yazılanların yalandır. Bunu tam əminliklə deyirəm”.

Nizami rayon Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin  müdiri Şəlalə Cəfərova isə bildirdi ki, utnacverici adların qoyulmasına qanun icazə vermir.

“Kimsə övladına hansısa adı qoymaq istəyəndə, biz həmin adı yoxlayırıq. Ədliyyə Nazirliyində icazə verilirsə razılıq verib sənədə yazırıq. Bundan başqa hansı valideyn övladına utancverici ad qoymaq istər ki?”-  deyə, Şəlalə Cəfərova bildirdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1717
avatar

Oxşar yazılar