XIN: Nümayəndəliklərimiz seçkilərə hazırdır
12 sentyabr 2013 12:22 (UTC +04:00)

XIN: Nümayəndəliklərimiz seçkilərə hazırdır

Sentyabrın 11-də xarici işlər nazirinin müavini Nadir Hüseynov MDB Müşahidə Missiyasının üzvləri qismində MDB İcraiyyə Komitəsinin sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının Fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Slobada ilə görüş keçirib. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.    

 

Görüş əsnasında nazir müavini Nadir Hüseynov xaricdə yaşayan Azərbaycan vətəndaşlarının 9 oktyabr keçiriləcək Prezident seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılıb.

 

Müşahidə missiyasının üzvü V. Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. V. Qarkun missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar