Güney Azərbaycanın tanınmış siyasi məhbusu, hüquq müdafiəçisi, jurnalist Səid Mətinpurun sağlıq durumunun yaxşı olmadığı ilə bağlı xəbər yayılıb.
Lent.az-ın AZOH-a (Azərbaycan Öyrənci Hərəkatı) istinadən məlumatına görə, Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri bu haqda açıqlama verib.
O, Səid Mətinpurun zindanda vəziyyəti yaxşı deyil və kəskin bel ağrısından əziyyət çəkir: «Zindan məsulları isə onu xəstəxanaya aparmaqdan imtina edir».
Ətiyyə xanım həyat yoldaşının saxlanıldığı həbsxanada da şəraitin ağır olduğunu söyləyib: «Səidin vəziyyəti və zindanın təmizliyindən yaxşı deyil».
Qeyd edək ki, Səid Mətinpur peşə və milli-mədəni fəaliyyətinə görə rejim tərəfindən 8 il həbsə məhkum edilib.O, hazırda Tehranın Evin zindanında saxlanılır. Səid Mətinpur bu yaxınlarda zindandan məktub yazaraq insan haqları fəallarını zindanda rejim məhkəməsinin ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyası keçirən və həyatı təhlükəyə düşən azərbaycanlı siyasi məhbus İsmayıl Bərzgəri dəstəkləməyə çağırmışdı.