Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bir qrup vətəndaşı qəbul edib. Onların müraciətləri
araşdırılıb. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu məlum olub və vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin görülməsi tapşırılıb. Bu müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli barədə müvafiq strukturlara tapşırıqlar verilib.