Vətəndaşlar cərrahiyyə əməliyyatları ilə bağlı nazirə müraciət etdilər
31 avqust 2013 12:55 (UTC +04:00)

Vətəndaşlar cərrahiyyə əməliyyatları ilə bağlı nazirə müraciət etdilər

 

Avqustun 30-da səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gələn vətəndaşlar əsasən uşaqlarda ürək cərrahiyyə əməliyyatının keçirilməsi, böyrək köçürülməsi, işə qəbul, habelə yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə almalarına kömək göstərilməsi ilə bağlı müraciət ediblər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlər həll edilməsi üçün qeydiyyata alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar