Valideynsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verildi
23 oktyabr 2015 06:42 (UTC +04:00)

Valideynsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verildi

Оktyabrın 22-də Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqrımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillər verilib.  

 

Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, bununla bağlı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib.

 

Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Ə.Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını bildirib, onlara yeni mənzillərində xoşbəxtlik arzulayıb.

 

Soyqrımı zamanı hər iki valideynini itirmiş Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayil Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova öz çıxışlarında bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər.

 

Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar