Vakant dövlət qulluğuna müsahibə elan olundu
11 yanvar 2018 16:08 (UTC +04:00)

Vakant dövlət qulluğuna müsahibə elan olundu

 

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 9 fevral 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

 

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər edilməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il saat 18:00 dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Qeyd edək ki, ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

- Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə): BA3 altqrupu üzrə - 21, BA4 altqrupu üzrə - 4, BB1 altqrupu üzrə - 27, BB2 altqrupu üzrə - 5, BB3 altqrupu üzrə - 295, BB4 altqrupu üzrə - 99;

- Əmlak Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə): BA3 altqrupu üzrə - 2, BA4 altqrupu üzrə -15, BB1 altqrupu üzrə - 11, BB2 altqrupu üzrə - 18, BB3 altqrupu üzrə - 21, BB4 altqrupu üzrə - 73;

- Dövlət Statistika Komitəsi (78 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 9, BB2 altqrupu üzrə - 42, BB3 altqrupu üzrə - 8, BB4 altqrupu üzrə - 18;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə): BA4 altqrupu üzrə - 6, BB2 altqrupu üzrə - 4, BB4 altqrupu üzrə - 65;

- Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 3, BB1 altqrupu üzrə - 3, BB2 altqrupu üzrə - 1, BB3 altqrupu üzrə - 17, BB4 altqrupu üzrə - 29;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə): BB3 altqrupu üzrə - 11, BB4 altqrupu üzrə - 21.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar