Ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb
13 oktyabr 2015 14:41 (UTC +04:00)

Ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb

Cari ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb. Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artmaqda davam edir. Hazırda ölkədə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir. Bu yardımları alan ailələrin 32558-i tərkibində 3 və daha çox uşağı olanlardır.

Bundan sonra ünvanlı yardım üçün müraciət edilməsi, müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüquqlarına baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesi vətəndaş-məmur təmasları olmadan, elektron qaydada həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar