UNEC “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisində
25 oktyabr 2017 09:50 (UTC +04:00)

UNEC “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisində

 
 
Rusiyanın paytaxtı Moskva şəhərində 46-cı “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisi keçirilib. Moskvanın ən böyük sərgi mərkəzi olan “Qostinniy Dvor”da təşkil edilən tədbirdə Rusiya ilə yanaşı, Qərbi Avropa və Amerikanın bir çox aparıcı universitetləri təmsil olunublar.
 
 
Lent.az-ın məlumatına görə, QS Reytinq Agentliyinin “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlu universitet olan UNEC stendi sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə təhsil almaq istəyən ziyarətçilər UNEC-in MBA proqramı, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar.
 
 
Ziyarətçilər xüsusi olaraq Rus İqtisad Məktəbində təhsil imkanları ilə maraqlanıblar. Məktəbin direktoru, dosent Mansur Bərxudarov məlumat verib ki, burada 9 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Məktəbin beynəlxalq əlaqələrindən bəhs edən direktor Plexanov adına Rusiya İqtisad Universiteti, Rusiya Ali İqtisad Məktəbi, Ural Federal Universiteti və Tümen İndustrial Universiteti ilə tələbə-müəllim mübadiləsinə diqqət çəkib. Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə UNEC arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması barədə məlimat verib. O, Rus İqtisad Məktəbi tələbələrinin istehsalat təcrübəsinin həm də xarici ölkələrdə təşkil olunduğunu qeyd edib. Dosent M.Bərxudarov tələbələrə İnnovativ Biznes İnkubatorda öz biznes ideyalarını reallaşdırmaq imkanı verildiyini də vurğulayıb.
 
 
Sərgi iştirakçıları Azərbaycanın Rusiyada rəsmi lisenziyası ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan UNEC-in Dərbənd filialına qəbul qaydaları ilə də tanış olublar. Ziyarətçilərə filiala tələbə qəbulunun Rusiya Federasiyasının qəbul qaydalarına uyğun həyata keçirildiyi bildirilib. Filialda əyani təhsil alan Rusiya vətəndaşlarının ödənişsiz təhsil və təqaüd alması ziyarətçilərin daha çox diqqətini cəlb edib.
 
 
UNEC Karyera Mərkəzinin direktoru Fuad Əliyev sərginin karyera bölməsində master-klass və seminarlara qatılıb. O, iştirakçılara UNEC-in Karyera Mərkəzi və təhsilalanlara göstərilən karyera xidmətləri barədə ətraflı məlumat verib.
 
 
UNEC stendi ziyarətçilərlə yanaşı, digər iştirakçı universitetlərin də diqqətini cəlb edib. Azərbaycan təhsil məkanına inteqrasiya etməyi hədəfləyən dünyanın bir neçə aparıcı universiteti bu istiqamətdə UNEC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sərgi müddətində əsas fəaliyyət sahəsi innovativ təhsil xidmətləri olan, dünyada və regionda aparıcı rol oynayan korporativ strukturlarla da görüşlər keçirilib, gələcək əməkdaşlığa dair perspektiv istiqamətlər müəyyən edilib.
Üç gün davam edən sərgidə UNEC “Gənclərlə iş, maarifləndirmə fəaliyyəti, peşə və ali təhsilin inkişafına verdiyi böyük töhfələrə görə” diplomu ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar