UNEC-də yaşıl marafon
06 may 2017 18:15 (UTC +04:00)

UNEC-də yaşıl marafon

Mayın 6-da UNEC-də Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə iməcilik keçirilib.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələri Badamdar qəsəbəsində öncədən əkdikləri həmişəyaşıl ağaclara qulluq ediblər.

Heydər Əliyevin ad günü münasibəti ilə həyata keçirilən abadlıq-yaşıllaşdırma işlərinin məqsədi müdrik rəhbərin təbiətə sevgisi, onun qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə vermək, ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi ölkədə həyata keçirilən layihələrə UNEC kollektivinin dəstəyini göstərməkdir.

 

Qeyd edək ki, UNEC kollektivi qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə  1500-dən artıq ağac əkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar