UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək
Yanvarın 13-də UNEC-də “Açıq qapı” günü keçiriləcək.
Lent.az-ın məlumatına görə, UNEC-də qış imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günündə universitet rəhbərliyi iştirak etməyəcək. İlk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurası dinləyəcək. Şura üzvləri müraciətləri araşdıraraq, onların həlli istiqamətində universitet rəhbərliyi qarşısında məsələ qaldıracaqlar.
Bildirək ki, UNEC İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayevadır.
“Açıq qapı” günündə iştirak etmək üçün 492 59 03 telefon nömrəsinə zəng edə bilərsiniz.
160