UNEC-də innovativ sahibkarlığın inkişafı ilə bağlı görüş keçirilib
26 dekabr 2017 13:56 (UTC +04:00)

UNEC-də innovativ sahibkarlığın inkişafı ilə bağlı görüş keçirilib

 

UNEC-də innovativ sahibkarlığın inkişafı ilə bağlı tələbələrlə görüş keçirilib.
 
 
Lent.az-ın məlumatına görə, UNEC-in sahibkar universitet modelini inkişaf etdirməyi hədəflədiyini diqqətə çatdıran rektor, professor Ədalət Muradov bu istiqamətində həyata keçirilən layihələrdən söz açıb. O, UNEC-in iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa başladığını bildirərək, “UNEC2B” Platformasının mahiyyətindən bəhs edib. Sahibkarlıq universiteti modelinin inkişafında mühüm rol oynayan insan kapitalına diqqət çəkən rektor, bu sahədə UNEC-in tələbələrinin yüksək potensiala malik olduğunu vurğulayıb. Ə.Muradov UNEC-in sahibkarlıq modelinə əsasən innovativ sahibkarlığın əsasını tələbə startaplarının təşkil edəcəyini diqqətə çatdırıb.
 
 
UNEC Biznes Məktəbinin direktoru Asəf Əsədov “UNEC-də innovativ sahibkarlığın inkişafı: İnnovativ startaplar Ekosistemi” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə startapda uğur qazanmaq üçün ən vacib üç faktoru açıqlayıb: “İnnovativ ideyanın dəyəri, onun əvvəlcədən prototipə, sonradan isə müştərini cəlb edən kommersiya məhsuluna çevrilməsi və üzvlərinin biri-birini bilik və bacarıqları ilə tamamlayan dayanaqlı komandanın yaradılması”.
 
 
A.Əsgərov UNEC-də yeni yaradılacaq startapların radikal innovasiyalar üzərində çalışmasını və bunun üçün uzunmüddətli strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb. Startaplar üçün ən vacib anlayaşları izah edən mərkəz direktoru UNEC-də innovativ sahibkarlıq modelinin yaradılması və hansı startaplara üstünlük veriləcəyi barədə danışıb.
 
 
Görüşdə bildirilib ki, mentorlar startapçılar üçün biznes və yumşaq bilikləri, o cümlədən komanda işi, liderlik və “lean” startap marketinq modeli üzrə təlimlər təşkil edəcəklər. İnnovasiya modellərinin tətbiq edilməsi üçün təklif edilən layihələrin informasiya kommunikasiya texnologiyalarına əsaslanan təhsil və təlim texnologiyaları, elektron maliyyə və marketinq texnologiyaları və yaşıl texnologiyalar üzərində köklənəcək. Startapların ayrı-ayrı komandalar kimi işləməklə yanaşı, bir-birinə dəstək verən startaplar ekosistemi kimi fəaliyyət göstərəcəyi də vurğulanıb. Tələbələrin bilik və bacarıqları, eləcə də novator ideyalara sahib olduqları önə çəkilən görüşdə UNEC-in startaplarının yaxın gələcəkdə ölkədə və regionda lider şirkətlər kimi formalaşacağına əminlik ifadə olunub.
 
 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar