İqtisad Universitetində 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib
11 sentyabr 2015 17:15 (UTC +04:00)

İqtisad Universitetində 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib

0

Bu gün  İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali təhsil ocağına 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrlə görüşüb.

UNEC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tələbə adını qazanan gəncləri təbrik edən rektor Ədalət Muradov yeni tədris ilindən ölkədə ilk dəfə olaraq İqtisad Universitetində təhsil prosesinin tam elektronlaşdırılması prosesinə start verildiyini vurğulayıb.

Qeyd edək ki, UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı 103 nəfərdir. Bu rəqəm ötən il 93, ondan öncəki il isə 49 olub. "Bu dinamika bizi çox sevindirir" deyən rektor əlavə edib ki, 600-dən yuxarı bal toplayan hər bir tələbəyə bir semestr boyunca universitet hesabına 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü veriləcək. Bunlar ödənişli, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

UNEC-ə yüksək bal toplayan tələbələrin əksəriyyəti (51 tələbə) UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunub. Yüksək bal toplayan tələbələrin 36 nəfəri isə Maliyyə fakültəsində təhsil alacaqlar.

Ə.Muradov tələbələri sentyabrın 14-də təşkil olunacaq “Oriyentasiya günü”nə dəvət edib. Bildirib ki, UNEC-də ilk dəfə təşkil olunacaq “Oriyentasiya günü”ndə məqsəd yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar