UNEC-də 225 əcnəbi tələbə təhsil alır
08 oktyabr 2015 13:06 (UTC +04:00)

UNEC-də 225 əcnəbi tələbə təhsil alır

0

2015/2016-cı tədris ilində İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. UNEC- in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü maqistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.

Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alan əcnəbi tələbələr Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır.

Əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılır. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsi ilə 85 elektron müraciət qəbul olunub.

Tələblərə cavab verən müraciətçilərlə skype vasitəsi ilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib.

Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar