Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq, cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
Noyabrın 25-dən 27-dək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.